İndi Azərbaycanda ən yaxşı akademiya hansı klubdadır?

14:40 Premyerliqa 173
İndi Azərbaycanda ən yaxşı akademiya hansı klubdadır?

AFFA Premyer Liqada mübarizə aparan klubların akademiyaları ilə bağlı hesabat dərc edib.

Federasiyanın Lisenziyalaşdırma və Qeydiyyat Departamenti tərəfindən aparılan monitorinqlər əsasında hazırlanan hesabatda klubların akademiyaları müxtəlif meyarlar üzrə 5 ballıq şkala ilə qiymətləndirilib.

Monitorinqin nəticəsinə əsasən, Azərbaycan klubları arasında ən yaxşı akademiya “Sabah”a məxsusdur.

Ölkədə son illərdə aşağı yaş qrupları üzrə işlərlə diqqət mərkəzinə düşən “bayquşlar”ın akademiyası 5 ballıq şkala ilə 4 ulduza layiq görülüb.

“Sabah” nəzərdə tutulan 4 meyarın – infrastruktur, məşq keyfiyyəti, məşqçi rifahı və idarəetmə meyarlarının 3-də bütün klubları üstələyib. “

Qara-çəhrayı” klubun akademiyası istər məşq keyfiyyəti, istər məşqçi rifahı, istərsə də idarəetmə meyarlarında ən yaxşı hesab edilib. “Sabah” yalnız infrastrukturla bağlı meyarda “Qəbələ”dən geri qalıb.

“Sabah” 4 ulduza layiq görülən yeganə futbol akademiyası olub.

Sonrakı yerləri isə müvafiq olaraq “Turan Tovuz” (3,5 ulduz), “Sumqayıt” (3,5), “Neftçi”, “Qarabağ”, “Qəbələ” (hər üçü 3 ulduz), “Zirə” (2,5 ulduz), “Şamaxı”, “Kəpəz” (hər ikisi 1,5 ulduz) qərarlaşıblar.

“Karvan-Yevlax”, “Araz-Naxçıvan” və “İmişli”nin futbol akademiyaları isə sadəcə, 1 ulduzla qiymətləndiriliblər.

Hesabatda, həmçinin hər futbol akademiyası ilə bağlı aparılmış monitorinqin nəticələri ətraflı qeyd edilib, akademiyaların üstün və mənfi cəhətləri vurğulanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti