Bu gün Misli Premyer Liqasında 25-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, turun açılış günündə 1 oyun keçirilib.
"Şamaxı" öz meydanında "Araz-Naxçıvan"la qarşılaşıb. Oyun "Araz-Naxçıvan"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar ilk dövrədəki matçında 1:1 hesabı qeydə alınmışdı. İkinci dövrədəki oyunda isə "Araz-Naxçıvan" 2:0 hesablı qələbə qazanıb.
Tura martın 21-də yekun vurulacaq.
15:00. "Şamaxı" – "Araz-Naxçıvan" 0:1
Qol: Vladislav Veremeyev, 57-avtoqol
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı şəhər stadionu
"Şamaxı:" 1. Rikardo Fernandes (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 5. Arsen Ağcabəyov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 10. Andrey Tirkoveanu 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov
"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 4. Rahil Məmmədov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala
Ehtiyat oyunçular: 12. Kristian Avram 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 16. Ramon Maçado 77. Bruno Franko 70. Şarl Boli 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko

