Kim deyir ki, bu komandada eniş var? - Gizlinlər aşkar oldu

16:00 Premyerliqa 160
Kim deyir ki, bu komandada eniş var? - Gizlinlər aşkar oldu

"İmişli"yə nə oldusa, "Neftçi" üzərində parlaq qələbədən sonra oldu.

Ondan sonrakı ardıcıl 11 görüşdə aran təmsilçisi 3 xala sevinə bilmir.

İlk baxışdan ciddi eniş, fiasko yaşandığı görünə bilər.

Amma həmin 11 qarşılaşmaya detallı baxanda görürsən ki, vəziyyət heç də kənardan göründüyü qədər acınacaqlı deyil.

Jorje Kaşkilyanın yetirmələri cəmi 4 məğlubiyyət alıb.

Onlar arasında da yalnız "Sabah" rahat qələbəyə sevinib - 3:0.

"Qarabağ" böyük çətinlik bahasına 3 xalı 1 qolla əldə edib.

"Sumqayıt"ın uğurlu dönəmində alınan minimal hesablı yenilgi sə təbii qəbul olunmalıdı.

Yeganə sorğu-sual edilməli oyun "Qəbələ"yə məğlubiyyət (2:3) ola bilər.

Digər 7 qarşılaşmadan dördündə qol səsi çıxmayıb.

"Şamaxı", "Kəpəz" və "Karvan-Yevlax"a qarşı əsas məqsəd məğlub olmamaq idisə, portuqaliyalı mütəxəssis bunu bacarıb.

Düzdü, qələbə qazanmaq da olardı. Amma maksimum nəticə belə "İmişli"nin turnir cədvəlindəki yerinə ciddi mənada təsir etməyəcəkdi.

Ən yaxşı halda "Şamaxı"nı geridə qoya bilərdi.

"Zirə", "Araz-Naxçıvan", "Turan Tovuz" kimi iddialı rəqiblərdən alınan bir xallar isə qələbə dəyərində hesab edilməlidi.

Qısası, "İmişli" qələbə qazana bilmir, amma qışa qədərki mübarizə ruhu bu gün də davam edir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti