“Sabah” Qubada 5 qol vurdu, “Qarabağ” Zirədə 3 xal qazandı

14 Mart 21:06 Premyerliqa 1 144
“Sabah” Qubada 5 qol vurdu, “Qarabağ” Zirədə 3 xal qazandı

Misli Premyer Liqasında 24-cü tur davam edir.

Sportinfo.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar başa çatıb..

Əvvəlcə “İmişli” Qubada “Sabah”ı qəbul edib. Matç paytaxt təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda paytaxt klubu 59 xalla liderdir, bölgə təmsilçisi isə 22 xalla doqquzuncu pillədə qərarlaşıb.

Bu komandaların ilk iki dövrədəki oyunlarında tərəflər hərəyə 1 qələbə qazanıblar. “İmişli” bir, “Sabah” isə üç cavabsız qolla sevinib.

Günün ikinci matçıdan isə “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda Ağdam klubu 52 xalla ikinci, Rəşad Sadıqovun komandası isə 39 xalla dördüncüdür. Bu komandaların ilk iki dövrədəki oyunları 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Tura martın 15-də yekun vurulacaq.

Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib.

“İmişli” – “Sabah” 0:5

Qollar: Stiv Solvet, 11, Coy Lens Mikels, 15-pen, 35, Kahim Parris, 49, Aleksey İsayev, 73

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Quba OİK stadionu, 15:00

"mişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 44. Həzrət İsayev 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 79. Dioqo Kardozu
Baş məşqçi: Jorj Kaşkilya

"Sabah": 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 20. Coy Lens Mikels 80. Akim Zedadka 3. Stiv Solvet 70. Cesse Sekidika 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 7. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 89. Cəfər Muxtarov 21. Velko Simiç 40. İqor Noqeyra 22. Zinedin Uld Xaled 53. Andrey Santos 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

“Zirə” - “Qarabağ” 1:3

Qollar: Ceyhun Nuriyev 70 // Joni Montiel 22, Kamilo Duran 55, Kadi Borqes 72

Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu, 19:15

"Zirə": 97. Tyaqo Silva, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 4. Ruan Renatov (k), 25. Enrike Kustodio, 9. Davit Volkov, 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 6. Eldar Quliyev, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.

"Qarabağ": 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!