Premyer Liqada kütləvi narazılıq - Əcnəbi mütəxəssis nəyi gözləyir?

4 Oktyabr 2025 21:00 Premyerliqa 1 079
Premyer Liqada kütləvi narazılıq - Əcnəbi mütəxəssis nəyi gözləyir?

Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayandan hakim səhvləri ipə düzülür.

Başda ən yaxşı hesab etdiyimiz Əliyar Ağayevdən ən xırdasına kimi referilər ağılasığmaz qərarlar verməklə yadda qalıb.

Narazılıq etməyən yoxdur.

Qüsurlu qərarlar tədricən bütün daşları tərpətməkdədir.

"Neftçi" iki dəfə, "Turan Tovuz" bir dəfə etiraz videosu paylaşıb.

"İmişli"nin baş məşqçisi Jorje Kaşkilya kimi fağır adam dil açıb danışdı.

Ən son "Sabah"dan Valdas Dambrauskas kəskin etiraz etdi.

Hələlik pərdə arxasında qan ağlayanları demirəm.

Aşağı-yuxarı hamısının da haqlı iradları var.

Təəssüf ki, başverənlərə cavab verən, aydınlıq gətirən heç kim yoxdur.

Ötən mövsüm AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker ənənə formalaşdırmışdı.

Kütləvi narazılıq yaradan epizodlarla bağlı açıqlama verirdi.

6 tur arxada qalıb, daşı da danışdıracaq qərarlar olub, amma belçikalı susmağa davam edir.

Deyəsən, bu mövsüm o da söhbətin başını buraxıb...

Yalnız "Sabah"la "Sumqayıt" arasındakı görüşdə başverənlərə reaksiya verməklə iş bitmiş sayıla bilməz.

Bəs o oyuna qədər yaşanan hadisələrə kim fikir bildirəcək, cənab Bleker?

Niyə bu qədər aşkar xətaları olan referilər cəzalanmır, cənab Bleker?

Bu qədər kütləvi narazılıq fonunda özünüzü niyə heç nə olmayıbmış kimi aparırsınız, cənab Bleker?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var