
“Əksəriyyətini demək düzgün deyil, bir çox klubda rəhbər vəzifələrə təyin olunanlar öz maraqlarını güdürlər.
Transferlərdən “bonuslar”, kluba ayrılan büdcədən hər hansı formada nələrsə qazanmağı düşünürlər.
Bu, reallıqdır, heç kim dana bilməz. Onların futbola sevgisi, sədaqəti yoxdur”.
Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.
Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin qonağı məşqçi Amit Quluzadə olub.
Verilişdə klublarımızın transfer siyasətinə toxunulub. Burada “Kəpəz”də cərəyan edən hadisələrə münasibət bildirilib, gərgin vəziyyətdən çıxış yolu barədə maraqlı fikirlər səsləndirilib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN