Bu nağıl nə vaxt bitəcək?

24 Sentyabr 2025 23:40 Premyerliqa 1 363
Bu nağıl nə vaxt bitəcək?

"İmişli" hamını təəccübləndirməyə davam edir.

Startda "Turan Tovuz", "Neftçi" və "Sabah"a qarşı layiqli mübarizə aparan aran təmsilçisinin uzun müddət belə davam edə bilməyəcəyi proqnozlaşdırılırdı.

Amma Jorje Kaşkilyanın yetirmələri öz yolunda inamla irəliləyir.

Bu dəfə "Karvan-Yevlax"ın daşını daş üstə qoymadılar - 3:0.

"Sumqayıt"la görüşdə alınan texniki məğlubiyyət və qırmızı vərəqə də bu komandanı sındırmadı.

Görünən odur ki, debütant gözləniləndən də bərk kollektivdir.

Qısa müddətdə gənc, təcrübəli yerlilər və əcəbilərlə birgə yaxşı heyət formalaşdırılıb.

Zarafat-zarafat az qala "İmişli" liqada qalmaq vəzifəsini elə birinci dövrədəcə yerinə yetirmiş olsun.

Söhbət cəmi bir neçə həftə əvvəl gələnə-gedənə "qapazaltı" olacağını ehtimal etdiyimiz komandadan gedir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var