"Neftçi", "Şamaxı" və "Sumqayıt" - AFFA onlardan pul alacaq

18 Sentyabr 2025 23:20 Premyerliqa 825
"Neftçi", "Şamaxı" və "Sumqayıt" - AFFA onlardan pul alacaq

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 4-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində “İmişli”nin heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 5000 manat cərimə edilib.

Eyni matçda “İmişli”nin heyətində 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Bu görüşün 90+4-cü dəqiqəsində “İmişli”nin heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb, klubu 3000 manat cərimə edilib.

Həmin oyunda “Sumqayıt” azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə "gənclik şəhəri" təmsilçisi 5000 manat cərimələnib.

“Şamaxı” – “Karvan” oyununda “Şamaxı”nın heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub komandası 700 manat cərimələnib.

“Neftçi” – “Sabah” oyununun 45+2-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atıldığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt təmsilçisi 3000 manat cərimə edillib.

“Neftçi” – “Sabah” oyununda “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var