Milyonluq büdcəsi olan "divlər"ə ŞOK yaşadan şəxsi TANIYIN!

1 Sentyabr 21:20 Premyerliqa 543
Milyonluq büdcəsi olan "divlər"ə ŞOK yaşadan şəxsi TANIYIN!

Təyinatından sonra Jorje Kaşkilyanı məsxərə obyektinə çevirmişdik. Əsassız da deyildi, burada qədərki parlaq olmayan karyerası ciddi narahatlıq yaradırdı.

Amma portuqaliyalı arxada qalan 3 turda hər kəsi təəccübləndirməyi bacardı.

Meydandan kənar faktiki heç nəyi olmayan bir klubda bərk komanda yarada bilib.

Çempionluğu hədəfləyən "Turan Tovuz", "Neftçi" və "Sabah"ı sıraya düzüb, dərs keçir.

Berdıyev son saniyədə canını qurtardı, Abasovu dizlərini yerə atmağa məhkum etdi.

Bu gün isə Valdas Dambrauskasa bıçaq vursan qan çıxmazdı.

Tutaq ki, Berdıyev Jorje Kaşkilyanın komandasını ilk dəfə görürdü. Meydana hazırlıqsız çıxmışdı və əks həmlə üçün zamanı az oldu.

Lap deyək ki, Abasov da "İmişli"nin birinci matçdakı dirənişini təsadüf deyib keçdi. Ciddiyə almamışdı və cəzasını aldı. Əslində belə olmalı deyil, sadəcə bir bəhanə ilə üzərindən keçdik.

Bəs litvalı mütəxəssis niyə aradakı bu qədər zaman kəsiyində ayılmadı?

Papağını önünə qoyub, aaran təmsilçisini analiz edə, boşluqlarını tapa bilməyib?

"İmişli"nin heyətində bu gün meydana çıxan Ezekiel Morqan, Rollon, Xəzər Mahmudov, İdris İnqilablı, Abbas Ağazadə, Həzrət İsayev ötən mövsüm Birinci Liqada top qovub.

Yaxın keçmişdə əksəriyyətinə "Şamaxı", "Sumqayıt", "Turan" və elə "Sabah" kimi Premyer Liqa klubları tərəfindən lazımsız futbolçular damğası vurulub.

Orta xətdə əla oyun keçirən Moses Azərbaycana gələnə kimi 1 il futbolsuz qalıb.

Kapitan Azər Salahlının "Neftçi"də başına gətirilməyən qalmadı.

Futbolçularla bağlı bu səpkidə neqativlərlə dolu siyahını daha da uzatmaq olar, amma bu qədəri də yetərlidir.

Sabah nə olacaq, necə olacaq gələcəyin işidir.

Amma fakt budur ki, bu gün "İmişli" milyonluq büdcəsi, böyük təcrübəsi olan klublara şok yaşadır.

Buna görə bölgə klubuna əhsən düşür.

Bəs bu qədər problemləri olan bir klubun qarşısında aciz qalan yekə divlərə nə ad qoyaq?

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 22:40 “Zirə”dən ən yeni...
1 Sentyabr 17:30 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
1 Sentyabr 02:40 "Turan”dan Toqoya dəvər