“Mənim xəbərim yoxdur”

30 Avqust 2025 23:00 Premyerliqa 505
“Mənim xəbərim yoxdur”

“Bəlkə də tanıdıqlarımdan kimlərsə daha öncə burada oynayıb, lakin xəbərim yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Karvan”ın legioneri Tompson Qavi deyib.

Ölkəmizdə kifayət qədər nigeriyalı oynayıb və bu gün də top dalınca qaçanlar var. Bir ay öncə Azərbaycana gələn 23 yaşlı yarımmüdafiəçi onlardan şəxsən kimləri tanıyır?

Qavini dinləyək:

“Kəpəz”də çıxış edən Olavale Onanuqanı şəxsən tanıyıram. Onunla Nigeriyadan dostluq edirik.

İmkan olduqca danışırıq, keçmişi yada salırıq. Digərlərini hələ ki, görməmişəm”

Yevlax təmsilçisi Qavi ilə 1 illik müqavilə bağlayıb. O, son olaraq Nigeriyada "Sportinq Laqos"un formasını geyinib.

Afrikalı karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 məhsuldar ötürmə müəllifi olub. Həmçinin Nigeriyanın U-17 və U-20 yığmalarında da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...