Zubir, Reynaldo, Peresdən sonra...

28 Avqust 2025 02:50 Premyerliqa 843
Zubir, Reynaldo, Peresdən sonra...

“Sabah”ın futbolçusu Coy Lens Mikels Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, 32 yaşlı almaniyalı legionerin yubileyi Premyer Liqanın II turuna təsadüf edib.

“Şamaxı” ilə səfər görüşündə dubla imza atan Mikels ikinci qolu ilə “40”a çatıb. Ölkəmizdə yalnız bir klubda çıxış edən futbolçu 86-cı matçında buna nail olub.

Mikels turnirin tarixində 40 və daha çox qol vuran 68-ci futbolçudur. O, bunu bacaran legioner statuslu 9-cu oyunçudur. Coy Lens Premyer Liqada eyni klubda 40 və daha çox qola sevinən 27-ci futbolçu kimi tarixə düşüb.

O, Abdullah Zubir, Reynaldo Silva (hər ikisi “Qarabağ”) və Fernando Peresdən (“Bakı”) sonra eyni klubda ən azı bu qədər qol vuran 4-cü legionerdir. Qeyd edək ki, “Sabah” səfərdə 2:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...