Premyer Liqa klublarının rəhbər şəxsləri TƏCİLİ YIĞIŞDI

25 Avqust 2025 11:00 Premyerliqa 1 169
Premyer Liqa klublarının rəhbər şəxsləri TƏCİLİ YIĞIŞDI

Klublar Komitəsi uzun müddətdən sonra bir araya gəlib.

Axırıncı dəfə 5 ay yığışmış Premyer Liqa təmsilçiləri bu gün yeni mövsümün startını müzakirə etmək üçün toplaşıb.

Özü də yeni tərkibdə. Belə ki, 12 klubun nümayəndələri iclasa qatılıb. AFFA və Peşəkar Futbol Liqasının mənsubları ilə bərabər.

Yığıncaqda legioner limiti, yerli futbolçulara görə təsis olunan fond, stadion problemi və digər məsələlər masaya yatırılıb.

Həmçinin federasiya tərəfindən ayrılan 2,5 milyon manatlıq dotasiya, onun xərc istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Yekunda müəyyən təkliflərin hazırlanması lazım bilinib. Onlar AFFA İcraiyyə Komitəsinə təqdim olunacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...