Bizə bu komandanın günahlarını bağışlamaqdan başqa yol qalmır

26 Avqust 2025 23:00 Premyerliqa 631
Bizə bu komandanın günahlarını bağışlamaqdan başqa yol qalmır

"İmişli"yə sadəcə əhsən. Bu dəfə "Turan"la görüşdən də yaxşı göründülər. Bəzən adlı-sanlı rəqibini topsuz qoymağa, həyəcanlandırmağa belə müəssər oldular.

İki turdakı oyunla, nəticə ilə problemləri arxa fona keçirə biliblər.

Deyəsən, bizdə tərsinədir...

Uğurlu olmaq üçün kasıb olmaq, stadionsuz, bazasız qalmaq, futbolçulara naharı yol kənarı kafelərdə vermək, məşq etmək üçün qapılarda qalmaq lazımdır.

Ötən mövsüm bu şərtlər altında "Araz Naxçıvan" avrokuboklara getdi, indi də "İmişli" hamını təəccübləndirməyə davam edir.

Öncə çempionluğa iddialı "Turan Tovuz"la görüşdə layiq olduğu xalı son saniyələrdə əldən verdi, bu gün də ölkənin ikinci ən böyük büdcəsinə sahib "Neftçi"dən layiq olduğu xalı qopardı.

Bərka komanda təsiri bağışlayır. Seleksiya bərbad aparılmayıb. Gənc yerlilər ilə yaxşı vəhdət yaradılıb.

Sükanı belə saxlaya bilsələr, bizə bu komandanın bütün günahlarını bağışlamaqdan başqa yol qalmır.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!