“Premyer Liqada çempionluq uğrunda 4 komanda mübarizə aparacaq"

08:50 Premyerliqa 402
“Premyer Liqada çempionluq uğrunda 4 komanda mübarizə aparacaq"

UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Premyer Liqada yeni mövsümün startı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq məşqçisi AZƏRTAC-a açıqlamasında komandaların yeni "futbol ili"nə hələlik tam adaptasiya olmadığını bildirib.

İlk turda dörd oyun keçirildiyini deyən mütəxəssis vurğulayıb ki, nəticə və oyun baxımından xüsusi nəsə görə bilmədik:

"Bu da məlum məsələdir. Çünki ilk turlarda komandalar eyni səviyyədə mübarizə aparır. Qarşıdakı matçlarda fərqləri qabarıq şəkildə görəcəyik".

O, çempionluq uğrunda 4 komandanın mübarizə aparacağını söyləyib:

"Bunlar "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə"dir. "Araz-Naxçıvan" ilə "Turan Tovuz" Konfrans Liqasına vəsiqəyə əsas namizəddirlər.

Düşünürəm ki, "Şamaxı" və "Sumqayıt"ı da bu siyahıya əlavə etmək olar. Onların mövsüm ərzində liderlərə çətinlik yaşadacaqlarını fikirləşirəm.

"Karvan-Yevlax", "İmişli", "Kəpəz" və "Qəbələ" isə Premyer Liqada qalmaq üçün mübarizə aparacaqlar.

Əvvəl dediyim ki, 3-4 tur keçdikdən sonra bütün klublar barədə daha geniş danışmaq mümkün olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti