Azərbaycan çempionatında iştirak edən klubların sayı 63-ə çatdı

18 Avqust 2025 02:30 Premyerliqa 568
Azərbaycan çempionatında iştirak edən klubların sayı 63-ə çatdı

Premyer Liqanın 2025/26 mövsümünün ilk turu iki klubun debütü ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, əsası 2022-ci ildə qoyulan komandalar – “Karvan-Yevlax” və “İmişli” ölkə çempionatının yüksək dəstəsində debüt edib.

Hər iki debütant ilk matçını evdə - Şamaxı şəhər stadionunda keçirib. Yevlax təmsilçisi “Qəbələ” ilə qarşılaşmada 1 xal qazanıb – 1:1. İmişlinin eyniadlı klubu “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.

Bununla da 1992-ci ildən keçirilən çempionatda iştirak edən klubların sayı 63-ə çatıb. Əvvəlki 33 mövsümdə 61 komanda güclülər sırasında mübarizə aparıb.

Hər iki komanda təmsil etdiyi şəhərin 3-cü klubudur. İmişlini “Lokomotiv” və “MKT-Araz”, Yevlaxı “Avtomobilçi” və “Karvan” təmsil edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...