Milyonlar havaya uçub, yoxsa cibinizdə qalıb?

15 Avqust 2025 16:00 Premyerliqa 586
Milyonlar havaya uçub, yoxsa cibinizdə qalıb?

85 günlük fasilə bu gün başa çatır.

Azərbaycan futbolunda daha bir mövsümə Şamaxıda start veriləcək.

3 klubu ağuşuna alan süni örtüklü meydançada "Karvan" "Qəbələ" ilə üz-üzə gələcək.

Bununla da bütün sirlər pozulacaq.

Gizlinlər aşkar olacaq.

Kimin bacarıqlı, kimin aciz olmasından hamı agah olacaq.

Sayını unutduğumuz, kimliklərini araşdırmaqdan yorulduğumuz, fiziki olaraq çatdırmadığımız əcnəbiləri meydanda əyani görəcəyik.

Düzdü, pərdə arxasında çox oyunlar getdi/gedir.

Cibini düşünənlər, karyerasını quranlar, xəlvətə çəkilib plan quranlar, göydə uçuşan böyük hədəflər, ağıllı fikirlər və.s, və.i.

Buyurun, cənablar.

Bu meydan, bu da sizlər.

Pərdə arxasında gizlənmək bitdi.

Enin meydana, görək xurcununuzda nələr var.

Xərclədiyiniz milyonlar havaya uçub, havada qalıb, yoxsa cibinizdə...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!