Premyer Liqaya aid problem və ya AFFA-ya yönələn yersiz QINAQ

23 Avqust 17:00 Premyerliqa 1 048
Premyer Liqaya aid problem və ya AFFA-ya yönələn yersiz QINAQ

"Karvan" və "İmişli" klubu ilə bağlı neqativ xəbərlər bir-birini əvəzləyir.

Uzun müddət sonra elitaya qayıdan bölgə klublarının qeyri-peşəkar addımları futbol ictimaiyyətində də ciddi narazılıqla qarşılanır.

Hətta adıçəkilən klubları Premyer Liqaya buraxdığı üçün AFFA ciddi tənqid olunur.

Nahaq...

Yəqin ki, hər kəs xatırlayır, bir neçə il əvvəl də buna bənzər vəziyyət yaşanmışdı.

Çempionatda say 8-dən 10-a qaldırılmış, eyni anda "Kəpəz" və "Turan Tovuz" elitaya buraxılmışdı.

O zaman nə Tovuz, nə də Gəncə təmsilçisinin "İmişli" və "Karvan"dan fərqli olaraq heç sponsoru da yox idi.

Sırf dövlət dotasiyasının ümidinə qalmışdılar.

Bəli, problemlər vardı.

Amma bugünkü "Karvan" və "İmişli"nin timsalında gördüyümüz biabırçılıqdır yox idi.

Çətinliklərə rəğmən daha peşəkar addımlar atılırdı.

Qısa müddətdə normal kollektiv formalaşdırıb aşkara çıxarmaq mümkün olmuşdu.

Demək ki, federasiyanın bu klublara işıq yandırması heç də səhv addım deyil.

Problem bu iki klubun idarəetməsindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 03:50 Azərbaycanın QAZANCI!