Premyer Liqanın XVII turunda bu gün daha iki oyun baş tutacaq.
Sportinfo.az xəbər verir ki, əvvəlcə “Zirə” evdə “Turan Tovuz”la qarşılaşacaq.
“Zirə” İdman Kompleksində keçiriləcək və Rauf Cabarovun idarə edəcəyi görüşün start fiti saat 16:00-da səsləndiriləcək.
Hazırda “Zirə” turnir cədvəlində 26 xalla dördüncü pillədə qərarlaşıb. 30 xala malik Tovuz komandası isə üçüncüdür.
Günün son qarşılaşması “Neftçi Arena”da baş tutacaq. “Kəpəz” səfərdə “Neftçi”nin qonağı olacaq. Cavid Cəlilovun idarə edəcəyi görüş saat 18:30-da başlayacaq.
“Neftçi” turnir cədvəlində 13 xalla səkkizinci yerdədir. Bir pillə aşağıda olan Gəncə klubunun isə 10 xalı var.
Ötən gün XVII turun iki qarşılaşması baş tutub. “Sabah” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail” görüşü isə qolsuz bitib.
16:00. “Zirə” – “Turan Tovuz” 0:0
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu
"Zirə": 13. Aydın Bayramov, 16. Fuad Bayramov, 4. Ruan Renato, 8. İsmayıl İbrahimli, 21.Hacıağa Hacılı, 90. Davit Volkov, 10.Giorgi Papunaşvili, 17.Ayrın Qomis, 19.Salif Suma, 18.Martins Junior, 3. Anje Mutsinzi.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva , 41. Anar Nəzirov , 7. Məqsəd İsayev , 14. Elçin Əlicanov , 29. Ceyhun Nuriyev , 22. İldar Alekperov , 5. Stefan Aka , 70. İssa Cibrila, 23. Rafael Utziq , 15. Pyer Zebli , 28. Abbas İbrahim , 24. Yusuf Laval
Baş məşqçi: Rəşad Sadıqov
"Turan Tovuz": 1. İvan Konovalov, 5. Roderik Miller, 4. Şəhriyar Əliyev, 9. Kristian da Silva, 44. Rüfət Əhmədov, 13. Fərid Yusifli, 23. Aleks Serrano, 15. Emmanuel Hakman, 80, Otto Con, 88. Faiq Hacıyev, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok , 71. Mehman Hacıyev , 39. Sadiq Quliyev , 33. Eltun Turabov , 10. Xəyal Nəcəfov , 8. Tural Bayramlı , 11. Ayxan Hüseynov , 7. İsmayıl Zülfüqarlı , 70. Məzahir Məmmədzadə , 20. İbrahim Ramazanov , 6. Araş Qaderi
Baş məşqçi: Kurban Berdiyev
18:30. “Neftçi” –“ Kəpəz” 2:1
Qollar: Yeqor Boqomolski 4, Filip Ozobiç 22 // Orxan Əliyev 78
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi Arena”
"Neftçi:" 1. Emil Balayev (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 4. Mark Tamaş, 44. Yuri Matias, 24. Mustafa Sek, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 30. Rustam Samigullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 99. Ervin Koffi, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin
Baş məşqçi: Samir Abasov
"Kəpəz": 1. Rojerio Santos, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 78. Yeqor Kvalko (k), 3. Mahamadu Ba, 10. Karim Lkouça, 77. Viktor Braqa
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 99. Əli Səmədov, 70. Nicat Suleymanov, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 19. Lassana Ndiaye
Baş məşqçi: Azər Bağırov

