Premyer Liqada "Araz-Naxçıvan" "Sabah"a məğlub olub.
Sportinfo.az xəbər verir ki, XVII turun oyununda bölgə təmsilçisi 0:1 hesabı ilə uduzub.
"Bayquşlar"ın heyətində yeganə qolu 78-ci dəqiqədə Coy Lens Mikels vurub.
Bu nəticənin ardından xallarının sayını 26-ya çatdıran "Sabah" turnir cədvəlində dördüncü sıraya yüksəlib. "Araz-Naxçıvan" isə 39 xalla liderdir.
Turun açılış oyununda "Şamaxı" və "Səbail" kollektivləri qolsuz bərabərə qalıblar.
Turun digər qarşılaşmaları dekabrın 15-16-da keçiriləcək.
14 dekabr
14:00. “Şamaxı” – “Səbail” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu
"Şamaxı”: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli 5. Arsen Ağcabəyov 6. Rauf Rüstəmli 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 32. Vasiliye Radenoviç 11. Conatan Benteke 20. Leroy Mikels (k) 9. Belajdi Pusi 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 80. Zahid Mərdanov 13. Ramin Əhmədov 22. Qurban Səfərov 19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov
“Səbail”: 1. Hüseynəli Quliyev 74. Yusif Nəbiyev (k) 77. Fərid Nəbiyev 18. Süleyman Əhmədov 20. Mert Çelik 83. Nihad Quliyev 19. Samir Abdullayev 8. Qorka Laruçça 3. Dmitro Litvin 7. Madi Queta 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 6. Cabir Əmirli 15. Vüsal Məsimov 17. Gülağa Əsədov 16. Emin Rüstəmov 97. Oruc Məmmədov 36. Azad Əsgərov 5. Gitay Sofir
Baş məşqçi: Cavid Hüseynov
16:30. “Araz-Naxçıvan” – “Sabah” 0:1
Qol: Coy Lens Mikels, 78
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Liv Bona Dea Arena”
"Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 2. Slavik Alxasov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 29. Vanderson Melo 23. Nuno Rodriqes 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 5. Qara Qarayev 6. Vadim Abdullayev 7. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 71. Sənan Ağalarov 21. Sezar Meza Kolli 17. İssuf Paro 14. Miço Kuzmanoviç
Baş məşqçi: Elmar Baxşıyev
“Sabah”: 1. Yusif İmanov 10. Namik Ələskərov (k) 17. Tellur Mütəllimov 8. Ayaz Quliyev 2. Amin Seydiyev 7. Boyan Letiç 20. Coy Lens Mikels 18. Pavol Safranko 40. İqor Noqeyra 70. Cesse Sekidika 3. Con İrasabal
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 75. Emil Həbibov 4. Elvin Camalov 9. Anatoli Nuriyev 5. Rəhman Daşdəmirov 77. Şakir Seyidov 22. Abdulla Rzayev 88. Xəyal Əliyev 44. Sofian Çakla 11. Kahim Parris 12. Vinsent Til 99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski