COP29

Avropadan kənarda qalanların öz "dava"sı var!

22 May 11:40 Premyerliqa 712
Avropadan kənarda qalanların öz "dava"sı var!

“Qarabağ”ın mövsümü çempion qismində başa vuracağı sona 8 tur qalmış bəlli idisə, çox keçmədən “Qəbələ”nin elitanı tərk edəcəyi dəqiqləşdi.

İndi əsas suallardan biri digər 8 komandanın çempionatı hansı pillədə başa vuracağıdır.

“Kəpəz”lə “Araz-Naxçıvan” 8-ci olmaq uğrunda mübarizə aparır. “Neftçi”, “Zirə”, “Sabah” və “Sumqayıt”ın mübarizəsinin sonunda 2-5-ci yerlərin sahiblərinin adlarına aydınlıq gələcək.

6-7-ci yerlər uğrunda amansız mübarizə sonuncu turda da davam edəcək. “Turan Tovuz”un minimum hədəfi ötənilki nəticəsini – çempionatı 6-cı pillədə bitirməkdir. “Səbail” rəhbərliyi isə baş məşqçi Şahin Diniyevdən yekunda ilk “6-lıq”da qərarlaşmasını istəyib.

İndiki durumda “Turan” 45 xalla 6-cı, “Səbail” 42 xalla 7-cidir.

36-cı turda bölgə təmsilçisi Tovuzda əzəli rəqibi “Kəpəz”i qonaq edəcək, “dənizçilər” Zirədə yerli komandanın qonağı olacaq.

“Turan”a 6-cı olmaq üçün qələbə bir tərəfə, 1 xal da bəs edir. Bayıllılar yalnız bir halda yarışı istədiyi yerdə başa vura bilər. “Səbail” “Zirə”ni məğlub etməli, tovuzlular öz meydanında gəncəlilərə uduzmalıdır.

Belədə hər iki komandanın xalları 45 olacaq ki, şəxsi görüşlərdə “Səbail”in üstünlüyü var – 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət.

“Turan”ın prinsipial qarşılaşmada meydana ciddi itkilərlə çıxacaq “Kəpəz”ə yenilgisi hər nə qədər inandırıcı görünməsə də, ardıcıl 4 oyunu məğlub başa vuran “dənizçilər”in “Zirə”ni udacağı bir o qədər çətin məsələdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!