COP29

"Qarabağ"dan inamlı qələbə

4 Dekabr 2023 21:23 Premyerliqa 764
"Qarabağ"dan inamlı qələbə

Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu matçda "Qarabağ" "Qəbələ"ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin qollarını 7-ci dəqiqədə Hamidu Keyta, 64-cü dəqiqədə Nəriman Axundzadə, 90+2-ci dəqiqədə isə Juninyo Olavio vurub.

Xallarının sayını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. "Qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.

Turun əvvəlki oyunlarında "Neftçi" "Zirə"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan" - "Səbail" (1:1) və "Turan Tovuz" - "Sumqayıt" (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.

“Qarabağ” – “Qəbələ” 3:0

Qollar: Hamidu Keyta, 7, Nəriman Axundzadə, 64, Juninyo, 90+2
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika Stadionu

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 7. Yassin Benzia, 17. Hamidu Keyta, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica

Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

“Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"