COP29

Bu komandalar nəyi haqq edirdi, qazancları nə oldu?

29 Noyabr 2023 23:40 Premyerliqa 415
Bu komandalar nəyi haqq edirdi, qazancları nə oldu?

“Zirə” Sumqayıta lider kimi yollanmışdı.

Aktivində 27 xalı olan bakılıların hədəfi növbəti 3 xal idi.

Amma rəqib də son zamanlar əla forma yığan “Sumqayıt” idi.

“Kimyaçılar” son 5 turda cəmi 1 məğlubiyyət almışdı.

Deməli, bizi gərgin keçəcək bir matç gözləyirdi.

Elə qarşılaşma da gözlənilən kimi start götürdü.

Top gah bu qapının ağzında, gah da digər qapının ağzında olurdu.

Görünən o idi ki, hər iki tərəf də turu qələbə ilə başa vurmaqda maraqlıdır.

Meydanda amansız mübarizə, qarşılıqlı hücumlar vardı.

Hər iki tərəfin də fərqlənməsi üçün yaxşı imkanları oldu.

Amma hər dəfə qolkiperlər ayıq-sayıq tərpənərək meydan oyunçularının sevinməsinə mane olurdular.

Fasiləyə kimi hesab açılmasa da, meydanda gedən mübarizə azarkeşləri əsla darıxdırmadı.

Ehtimal etmək olardı ki, tərəflər ikinci yarıda qələbə üçün bir qədər risklərə gedəcək.

Lakin hər şey əksinə oldu.

Həm meydan sahibləri, həm də qonaqlar daha diqqətli oynamaq yolunu seçdilər.

Baxımlı futbol yerini taktiki savaşa verdi.

Daha birinci yarıdakı qol epizodlarını görmək müşkülə çevrilmişdi.

Yalnız standart vəziyyətlərdən sonra yarım qol imkanları yaratmaq olurdu.

Hiss olunurdu ki, futbolçularda “bir xalı da itirərik” kimi qorxu var.

Və bu qorxu hücumlara daha inamlı çıxmağa mane olurdu.

Bəlkə də ikinci yarı güclənən külək istənilən səviyyədə oyun oynamağa imkan vermədi.

Belədə tərəflər meydandan haqq etdikləri 1 xalla ayrılmalı oldular.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"