AFFA Premyer Liqada və avrokuboklarda iştirak üçün bu klublara lisenziya verdi - FOTOLAR

31 May 2023 13:40 Premyerliqa 1 063
AFFA Premyer Liqada və avrokuboklarda iştirak üçün bu klublara lisenziya verdi - FOTOLAR

2023/2024 mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasındakı təltifetmə mərasimində mövsümün yekunları və növbəti il üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.

Cari mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.

Tədbirin sonunda isə növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublar müvafiq lisenziyalarla təltif olunub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"