"Zirə" və "Qəbələ" qalib gəldi, "Sabah" bərabərə qaldı

15 May 2022 18:58 Premyerliqa 1 057
"Zirə" və "Qəbələ" qalib gəldi, "Sabah" bərabərə qaldı

Bu gün Premyer Liqada XXVII turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bütün matçlar eyni vaxtda baş tutub.

Ölkə çempionu “Qarabağ” “Səbail”in qonağı olub. Meydana ikinci heyətlə çıxan Qurban Qurbanovun yetirmələri autsayderi ikinci hissədə vurulan qollarla məğlub edib.

İlk “üçlük”də qərarlaşan “Zirə” və “Neftçi” arasında paytaxt derbisinin də taleyini bir qol həll edib. Qəsəbə təmsilçisi matçın sonlarında vurulan qolla 3-cü pillədəki mövqeyini qoruyub və Konfrans Liqasına vəsiqəni təmin edib.

Rəşad Sadıqovun yetirmələri kimi “Qəbələ” də avrokuboklara qələbə ilə vəsiqə qazanıb. Elmar Baxşıyevin yetirmələri səfərdə “Şamaxı”nı minimal hesabla üstələyib.

“Sabah” isə öz meydanında “Sumqayıt”la görüşdə bir xal qazanıb. Amin Seydiyevin qırmızı vərəqə almasından sonra azlıqda qalan Murad Musayevin yetirmələri məğlubiyyətdən son dəqiqələrdəki iki qolla qaçıb.

Lakin bu xal itkisi ilə avrokubok xəyalları ilə vidalaşıb. “Sumqayıt” isə sonuncu pillədə olmayacağını rəsmiləşdirib. Bu pilləni “Səbail”in tutduğu dəqiqləşib.

15 may (bazar)
“Zirə” – “Neftçi” - 1:0
Qol:
Ramin Əhmədov, 81
Baş hakim: Rauf Cabarov
“Zirə”: 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 9. Loris Broqno, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 47. Mohamed Hamdaui, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 97. Xəyal Nəcəfov, 10. Sezar Meza Kolli, 77. Gilyerme Pato, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli
Baş məşqçi: Samir Abasov
Zirə İdman Kompleksinin stadionu

“Şamaxı” – “Qəbələ” - 0:1
Qol:
Emil Səfərov, 25
Baş hakim: Elçin Məsiyev
“Şamaxı”: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 9. Natan Oduva, 22. Elçin Mustafayev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 29. Amil Yunanov, 6. Franko Flores, 13. Pərviz Azadov, 50. Samir Abdullayev, 39. Elnur Süleymanov, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov
Baş məşqçi: Rüstəm Əliyev
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 19. Rövlan Muradov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 24. Patrik Robson, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
Şamaxı şəhər stadionu

"Sabah” – “Sumqayıt” - 2:2
Qollar:
Sebalyos 90+5 (p.), Aleksey Kaşuk 90+6 - Vurğun Hüseynov, 56, Rəhim Sadıxov, 83
Qırmızı vərəqə: Amin Seydiyev, 53
Baş hakim: Rəşad Əhmədov
“Sabah”: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 15. Kristian da Silva, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 11. Kristian Sebalyos, 99. Hiqor Qabriel, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
“Sumqayıt”: 23. Andrey Popoviç, 3. Vurğun Hüseynov (k), 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 91. Anatoli Nuriyev, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 33. Eltun Turabov, 78. Araz Abdullayev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 5. Camaləddin Xocaniyazov, 20. Ayxan Süleymanlı
Baş məşqçi: Aleksey Baqa
“Bank Respublika Arena”

“Səbail” – “Qarabağ” - 0:3
Qollar:
Rauf Hüseynli, 70, Musa Qurbanlı, 87, Ramil Şeydayev, 90+1
Baş hakim: Vüqar Həsənli
“Səbail”: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
“Qarabağ”: 89. Amin Ramazanov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 21. Rauf Hüseynli, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“ASCO Arena”

1

Qarabağ

27

20

6

1

68-12

66

2

Neftçi

27

15

5

7

41-27

50

3

Zirə

27

13

7

7

33-27

46

4

Qəbələ

27

12

8

7

37-33

44

5

Sabah

27

12

4

11

41-33

40

6

Şamaxı

27

5

6

16

25-49

21

7

Sumqayıt

27

4

7

16

17-46

19

8

Səbail

27

4

3

20

17-52

15

Bombardirlər: Filip Ozobiç, Vadji İbrahima, Kadi Borqes (hamısı “Qarabağ”), Coy-Lens Mikels (“Sabah”), Davit Volkov (“Zirə”) - 11 qol, Tiaqo Bezerra (“Neftçi”) - 10 qol

Digər Xəbərlər
Xəbər Lenti