"Neftçi" braziliyalı vinger üçün hərəkətə keçdi - Transfer bazarından üç isti xəbər bu VİDEOda

10 İyul 17:40 Premyerliqa 2 154
"Neftçi" braziliyalı vinger üçün hərəkətə keçdi - Transfer bazarından üç isti xəbər bu VİDEOda

“Sportinfo TV“nin “Sport Xəbər“i növbəti dəfə izləyicilərin görüşünə gəlib.

Aytən Mustafayevanın təqdimatında yayımlanan xəbər blokunda məlumat verilib ki, “Neftçi”nin sıralarına qatmağa çalışdığı növbəti hücumçunun kimliyi dəqiqləşib.

Daha doğrusu, “ağ-qaralar“ bu ilin əvvəlində Azərbaycana gətirmək istədiyi ön xətt oyunçusu ilə yenidən təmasa keçib.

Söhbət “Viktoriya”nın (Çexiya) sabiq forvardı Rikardinyodan gedir. Qazaxıstan mətbuatının yaydığı xəöərə görə, tərəflər arasında danışıqlar artıq son mərhələdədir.

Bildirilib ki, Albaniya çempionu "Eqnatiya" Azərbaycan millisinin sabiq müdafiəçisi Zamiq Əliyevlə yollarını ayırıb.

Buna səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) çağırışı ilə futbolçunun ölkədən çıxışına qadağa qoyulmasıdır.

"Sumqayıt" isə Nikola Ninkoviçlə danışıqlar aparır. “Kimyaçılar“ 31 yaşlı serbiyalı legionerin xidmətində maraqlıdır.

Düzdük, mövsüm başa çatandan sonra yarımmüdafiəçi ölkəmizdən ayrılıb və karyerasını vətənində davam etdirmək istəyir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!