AFFA Premyer Liqa klublarının hər birinə pul verdi

15 Aprel 2021 12:40 Premyerliqa 754
AFFA Premyer Liqa klublarının hər birinə pul verdi

Sportinfo.az xəbər verir ki, AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların hər birinə dəstək məqsədi ilə növbəti dəfə 15000 manat maliyyə vəsaiti köçürülüb.

ödəniş koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunma prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədilə edilib.

8 klubun hər birinə 41000 manat olmaqla, ümumilikdə 328000 manat ödənilib.

Digər Xəbərlər
Xəbər Lenti