"Neftçi" yenidən liderliyə yüksəldi - Yenilənib

3 Mart 2021 20:20 Premyerliqa 1 574
"Neftçi" yenidən liderliyə yüksəldi - Yenilənib

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulur.

Sportinfo.az xəbər verir ki, bu gün son iki oyun keçiriləcək.

Günün ilk matçı Sumqayıtda baş tutacaq. Eyniadlı komanda mövsümün sürprizi “Zirə”ni qəbul edəcək.

“Gənclik şəhəri” təmsilçisi qələbə qazanmaqla həm 4-cü pillədəki mövqeyini möhkəmlətmək, həm də 3-cü yerdəki rəqibinə yaxınlaşmaq niyyətindədir. Həmçinin “Zirə” də liderlərdən uzaq düşməmək üçün eyni məqsədlə meydana çıxacaq.

Çempionluğa iddialı “Neftçi” autsayder “Sabah”ı sınağa çəkəcək. Bir gün əvvəl “Qarabağ” qələbə qazandığından, flaqman liderliyini qaytarmaq üçün mütləq qalib gəlməlidir. Əks təqdirdə, “Sabah” sonuncu yerdən qurtularaq, iki pillə irəliləyə bilər.

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” – “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib, “Səbail” isə “Keşlə” ilə bərabərə qalıb (1:1).

Premyer Liqa XVIII tur 3 mart (çərşənbə)

16:00. “Sumqayıt” – “Zirə” - 0:0

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev “Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev

Baş məşqçi: Ayxan Abbasov

“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı

Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı

Baş məşqçi: Rəşad Sadıqov

“Kapital Bank Arena”

18:15. “Neftçi” – “Sabah" 2-1

Qollar: Namiq Ələsgərov, 44, Mirabdulla Abbasov, 64 - Təmkin Xəlilzadə, 90+3(pen)

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev

Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 9. Ahmed Ahmedov, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 70. Asim Əlizadə

Sabah”: 12. Alvaro Villete, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 28. Kevin Kubemba, 48. Dmitor Klots, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko, 6. Şakir Seyidov

Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rüstəm Samiqullin, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 34. Bəxtiyar Həsənalızadə, 9. Xulio Sezar Rodriqez, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev

Bakcell Arena”

Digər Xəbərlər
Xəbər Lenti