Azərbaycanın üç idmançısı qüvvəsini sınayacaq - Paris-2024-də bu gün

4 Avqust 2024 10:40 Paris-2024 1 285
Azərbaycanın üç idmançısı qüvvəsini sınayacaq - Paris-2024-də bu gün

Bu gün Azərbaycanın üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, ilk olaraq atıcı Ruslan Lunyov bacarığını göstərməyə çalışacaq.

O, 25 metr məsafədən atəşaçmada yarışacaq.

Ardınca Azərbaycan atleti Anna Skidan mübarizəyə start verəcək. O, çəkic atma növündə təsnifat mərhələsində qüvvəsini sınayacaq.

Daha sonra boksçu Alfonso Dominqes (92 kq) rinqə çıxacaq. Təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşacaq.

Paris-2024 avqustun 11-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi