Növbəti medalımız ondan gəldi - Yay Paralimpiya Oyunlarında

6 Sentyabr 2024 01:30 Paris-2024 2 274
Növbəti medalımız ondan gəldi - Yay Paralimpiya Oyunlarında

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, SB13 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışının final mərhələsində çıxış edib.

O, 1:05:35 nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 3 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?