Kamran Quliyev "Neftçi"nin 12 milyonunu hara xərcləyib?

30 İyun 2020 00:42 Neftçi 1 131
Kamran Quliyev "Neftçi"nin 12 milyonunu hara xərcləyib?

Azərbaycanıvn aparıcı futbol klublarından olan «Neftçi» 2019-cu ilin nəticələrini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ötən il klubun ümumi gəlirləri 12 milyon 476,8 min manat olub. Bu əvvəlki illə müqayisədə 1 milyon 271 min manat və ya 11,3% artıqdır.

Klubun əsas gəlirləri - 10 milyon 650 min manatı sponsor ödənişlərindən olub (əvvəlki ilə nisbətən 13,3% artıb). 1 milyon 563 min manat UEFA-dan daxil olub (ötən il UEFA-dan ödəniş olmamışdı).

«Neftçi» ötən il bilet satışından cəsmi 870,4 min manat, oyunların nümayişindən isə 5,1 min manat qazanıb. 2019-cu ildə «Neftçi»nin xərcləri isə 11 milyon 513,2 min manat olub. Bu əvvəlki illə müqayisədə 18,2% artıqdır.

Klubun xərclərinin əsas hissəsi 7 milyonq 794 min manat əmək haqqı və mükafatlara gedir. Ötən illə müqayisədə klubda əmək haqları və mükafatlar 1,7 milyon manat və ya 28% artıb.

Əsas vəsaitlərin amortizasiyasına 405 min manat sərf edilib, tərkibi dəqiq açıqlanmayan sair xərclərə isə 3 milyon 281 min manat sərf edilib.

Nəticədə ötən il klubun əməliyyat mənfəəti 963,6 min manat, 4,8 min manat maliyyə xərclərini də çıxanda xalis mənfəəti 959,2 min manat olub. Bu əvvəlki illə müqayisədə 34% və ya 500 min manat azdır.

2019-cu ildə «Neftçi»nin aktivləri 22% artaraq 18 milyon 621,7 min manat olub. Ötən il «Neftçi» 1,7 milyon manat borc qaytarıb və borclarını 3,4 dəfə azaldaraq 732 min manata endirib.

Ümumilikdə klubun öhdəlikləri 2,7 dəfə azalaraq 965 min manata düşüb. Cəmi kapitamlı isə 5 milyon manata yaxın artaraq– 17 milyon 657 min manat olub. Bunun 1,5 milyonu əvvəlki ilin mənfəəti, 3,5 milyon manat təsisçilərin yatırdığı əlavə vəsaitdir.

Digər Xəbərlər
Xəbər Lenti