"Neftçi"dən bütün Avropaya səs salan ulduz transferi - VİDEO

14 Aprel 2020 23:40 Neftçi 1 768
"Neftçi"dən bütün Avropaya səs salan ulduz transferi - VİDEO

Sportinfo.az xəbər verir ki, Emil Mpenza 2010-cu ilin yayında “Sion”dan (İsveçrə) “Neftçi”yə transfer olundu.

Bu keçid həmin dövrdə böyük rezonas doğurdu. Avropa mediası günlərlə belçikalı ulduzun seçimindən yazdı, diqqətlər Bakıya, «ağ-qaralar»ın düşərgəsinə yönəldi.

Təəssüf ki, bu sevda uzun sürmədi. O, 2012-ci ilin yanvarında klubdan ayrıldı. Və Azərbaycandan gedəndən sonra da “ağ-qaralar”la böyük problemlər yaşadı.

Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə “Neftçi” tərəfindən birtərəfli qaydada xitam verildi.

2012-ci il martın 13-də “Neftçi” FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırdı. Mpenza da öz növbəsində FİFA qarşısında əks-iddia qaldıraraq, klubdan təzminat tələb etdi.

3 il müddətində davam etmiş araşdırmaların nəticəsi olaraq, 2015-ci il yanvarın 21-də FİFA futbolçunun şikayətinə baxaraq, onun xeyrinə qərar çıxardı.

Bu qərarla əlaqədar iyulun 15-də “Neftçi” Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) Apellyasiya müraciəti ünvanladi. CAS Mpenza barəsində FİFA-nın çıxardığı qərarı qüvvədə saxladı.

Belçikalı hücumçuya ödəniş gecikmə faizləri və məhkəmə borcları ilə birgə 1,1 milyon dollar təşkil edib. Bu məbləğ 5 hissəyə bölünüb və 2016-cı ilin sonunadək müvafiq hesaba köçürülüb.

Digər Xəbərlər
Xəbər Lenti