Məni saxlayın, komanda Premyer Liqadan düşsə, 1 il sonra onu geri qaytaracam - VƏD VERDİ

16:00 Hadisə 272
Məni saxlayın, komanda Premyer Liqadan düşsə, 1 il sonra onu geri qaytaracam - VƏD VERDİ

Ötən ilin noyabrın 25-də «Karvan»ın sükanı arxasına keçən Füzuli Məmmədov klub rəhbərliyi qarşısında yeni təşəbbüslə çıxış edib.

2020-ci ildə bir neçə ay «Neftçi»ni çalışdırmış mütəxəssis növbəti mövsümü də Yevlax təmsilçisində keçirməyə hazırdır.

İşdir, «sarvanlar» cari mövsümün sonunda Premyer Liqa ilə vidalaşarsa, o, burada qalıbö I Liqada işləməyə razıdır.

Məmmədov vəd edib ki, işini davam etdirərsə, «Karvan»ı 1 il sonra elitaya qaytaracaq.

Aşağı dəstə ona yaxşı tanış olan yerdir. «Qaradağ Lökbatan», «Difai» və «Mingəçevir»lə I Liqanın «məktəb»ini keçib.

15 ildən sonra Premyer Liqaya dönmüş «Karvan» hazırda yaxşı günlər yaşamır. Komanda 22 tur ərzində cəmi 7 xal toplayıb və turnir cədvəlinin axırıncı - 12-ci pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti