Azərbaycan yığması Macarıstana məğlub oldu

8 Mart 00:40 Qadın futbolu 427
Azərbaycan yığması Macarıstana məğlub oldu

Qadın futbolçulardan ibarət Azərbaycan komandası dünya çempionatı – 2027-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Macarıstan yığması ilə qarşılaşıb.

Felksut şəhərindəki “Panço Arena”da təşkil olunan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz ilk turda Bakıda Şimali Makedoniya üzərində 2:0 hesablı qələbə qazanıb.

Komandamız növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti