Məğlubiyyətləri sıralayan komandanın baş məşqçisindən MARAQLI AÇIQLAMA

7 Mart 21:40 İngiltərə 466
Məğlubiyyətləri sıralayan komandanın baş məşqçisindən MARAQLI AÇIQLAMA

“Tottenhem”in baş məşqçisi İqor Tudor “Kristal Pelas”la keçirilən matçdan sonra açıqlama verib. Qarşılaşma 3:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı bu oyundan sonra komandaya əvvəlkindən daha çox inandığını deyib:

“Gəmi”miz mənim istədiyim istiqamətdə hərəkət edir. “Gəmi”də olanlar qala, qalanları isə gedə bilər.

Qəribə səslənir, amma bu oyundan sonra komandaya əvvəlkindən daha çox inanıram. Mən nəsə gördüm”.

Tudor bu ilin fevralında “Tottenhem”in baş məşqçisi təyin olunub və Tomas Frankın yerinə keçib.

Onun komandası hazırda 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb və düşmə zonasından 1 xal irəlidədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!