«Neftçi» rəhbərliyi sürpriz qərar verib.
Premyer Liqanın 22-ci turunda «Şamaxı» ilə 2:2 edən komanda üzvləri onlar tərəfindən mükafatlandırılıb.
Səfər matçında meydana çıxan oyunçuların hər birinə 2500 manat ödənilib.
Bu addımın atılmasında məqsəd kollektivdaxili ab-havanı tonusdda saxlamaqdır. Çünki «ağ-qaralar» son oyunun hakimliyindən şikayətçidir.
Kapitan Emin Mahmudov mətbuata verdiyi açıqlamada «fit sahibləri»nin qərarlarını «biabırçılıq» adlandırıb. Paytaxt təmsilçisinin üzvləri əmindir ki, onların qələbəsi «oğurlanıb».
«Neftçi» Premyer Liqanın ötən 3 turunda qalib gəlib. «Araz-Naxçıvan»ı 3:0, «Qəbələ»ni 1:0, «Kəpəz»i 3:1 üstələyiblər.
Şamaxı səfərində isə Vensan Abubakarın dublu sayəsində hesabda iki dəfə önə çıxsalar da, son dəqiqədə qapılarına təyin olunan penalti səbəbindən, meydandan 1 xalla ayrılıblar.
31 xala malik «Neftçi» hazırda turnir cədvəlinin 7-ci sırasındadır.
Klub rəhbərliyi futbolçuların ruh düşkünlüyü yaşamaması, «biz sizin arxanızdayıq» mesajı vermək üçün növbəti dəfə belə səxavətli tərpənib.
SPORTİNFO.AZ

