Vernidub “Neftçi”nin ən məşhur oyunçusu ilə bağlı KRİTİK QƏRAR verdi - SON DƏQİQƏ

17 Aprel 13:00 Neftçi 3 983
Vernidub “Neftçi”nin ən məşhur oyunçusu ilə bağlı KRİTİK QƏRAR verdi - SON DƏQİQƏ

Vensan Abubakar bu ilin yayında «Neftçi»ni tərk edəcək.

Yuri Vernidub kamerunlu hücumçu ilə bağlı rəyini konkretləşdirib.

Ötən ilin dekabrından bəri «ağ-qaralar»ı çalışdıran baş məşqçi 34 yaşlı ulduzun ona lazım olmadığı qənaətinə gəlib.

Ukraynalı mütəxəssis bildirib ki, növbəti mövsümü də burada keçirərsə, afrikalı forvardın düşərgədən göndərilməsini istəyəcək.

Sabiq «Beşiktaş»lı keçən ilin oktyabrından etibarən «Neftçi»nin formasını geyinir. Ölkəmizin yolunu tutanadək Türkiyədə «Hatayspor»un şərəfini qorumuş ön xətt oyunçusu bakılılarla 8 aylıq müqavilə bağlayıb.

Tərəflər arasında anlaşmaya əsasən, o, ayda 50 min dollar əməkhaqqı alır. Abubakarın kontraktının daha 1 il müddətinə uzadılması klubun verəcəyi qərardan asılıdır.

Kamerun yığmasının keçmiş kapitanı «Neftçi»də keçirdiyi ötən müddətdə 6 qol vurub, 2 məhsuldar ötürmə verib.

Vernidubun ondan əlini üzməsi təsadüfi deyil. Vensan hər iki dizindəki xroniki zədələrdən əziyyət çəkir.

Davamlı olaraq müalicə kursu keçən forvard hələ də ideal formaya düşməkdə problem yaşayır. Odur ki, baş məşqçi Abubakara əsas heyətdə şans tanımır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!