“Neftçi”nin baş məşqçisi vəd verdi  Bu yer bizimdir!

13:00 Neftçi 390
“Neftçi”nin baş məşqçisi vəd verdi  Bu yer bizimdir!

«Neftçi» bu il avrokuboklara vəsiqə qazana biləcək.

Yuri Vernidub rəhbərliyə belə bir vəd verib.

Ötən ilin dekabrından bəri «ağ-qaralar»ı çalışdıran ukraynalı mütəxəssis mövsümün gedişatıyla bağıl klub funksionerləri ilə müzakirə aparıb.

Təcrübəli mütəxəssis bildirib ki, Premyer Liqanın son 3 turunda qazandığı qələbələr onda yaxın gələcəyə böyük ümidlər bildirib.

Vernidub əldə olunan müsbət nəticələr futbolçuların özünəinam hissini bərpa eləyib və o, bu seriyanın davamlı şəkil alacağına inandığını söyləyib.

«Krivbass»ın sabiq sükançısı qeyd edib ki, hər şey bu minvalla gedərsə, 2-3 tur sonra liderlər qrupuna düşəcəkləri istisna deyil.

Baş məşqçi mövsümü minimum dördüncü yerdə bitirəcəklərinə şübhə bəsləmir.

Paytaxt təmsilçisi çempionatda keçirdiyi 20 turda 30 xal toplayıb. «Neftçi» bu gün səfərdə «Şamaxı»ya qalib gələrsə, «Sumqayıt»ı qabaqlayaraq, turnir cədvəlində altıncı pilləyə yüksələcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti