“Neftçi”nin baş məşqçisi gördüklərinə təəccübləndi - MARAQLI XƏBƏR

14:00 Neftçi 253
“Neftçi”nin baş məşqçisi gördüklərinə təəccübləndi - MARAQLI XƏBƏR

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın səviyyəsinə təəccüblənib.

Ötən ilin dekabrında bakılılarla 6 ay+1 illik müqavilə bağlamış ukraynalı çalışdırıcı klub funksionerləri ilə söhbətində yanıldığını etiraf edib.

59 yaşlı sükançı ölkəmizə gələnədək çempionat barədə tamam fərqli düşüncələrdə olduğunu bildirib. Liqanın belə gərgin rəqabət şəraitində keçməsi onun üçün gözlənilməz imiş.

Üç aya yaxındır burada fəaliyyət göstərən Vernidub deyib ki, Premyer Liqada istənilən sürpriz nəticə qeydə alına bilər, çünki əksər iştirakçıların gücü bir-birinə yaxındır.

O, yalnız «Qarabağ»ı fərqləndirib.

Qeyd edib ki, Ağdam təmsilçisi Avropa səviyyəsində heyət formalaşdırıb və Çempionlar Liqasındakı (ÇL) çıxışıyla nə qədər güclü olmasını isbatlayıb.

Ölkəsində bir sıra klubları çalışdırmış və «Şerif»i ÇL-in qrup mərhələsinə daşımış ukraynalı «Neftçi»yə daha əvvəl gələ bilmədiyinə görə təəssüfünü gizlətməyib.

Əminliklə vurğulayıb ki, əgər ötən ilin yayında dəvət alsaydı, komandanı hazırda daha iddialı duruma gətirə bilərdi.

Çempionatda 20 oyun keçirmiş «Neftçi» 30 xal toplayıb. Son 3 turda qələbələri sıralayan «ağ-qaralar» turnir cədvəlinin yeddinci pilləsində qərar tutub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti