"Neftçi"yə yeni baş məşqçi gəlsə də, heyət eynidir.
Yuri Vernidub Samir Abasovdan qalan kollektivlə yola davam edir.
Amma daha yaxşı nəticələr əldə etməklə.
Ukraynalının gəlişindən sonra "ağ qaralar" məğlub olmur.
Keçirdiyi 6 görüşdə 4 qələbə, 2 bərabərlik əldə edib.
Maraqlıdır, Samir Abasovdan fərqli olaraq Yuri Vernidub nələri dəyişib ki, nəticələr düzəlib?
Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq komandanın müdafiəçisi İqor Ribeyro bunları dedi:
"Məncə, ümumi ab-hava yaxşılaşıb. Kimin meydanda olması, ehtiyatdan daxil olması ciddi fərq etmir.
Hər bir oyunçu fayda vermək üçün çalışır. Bu da daha güclü, möhkəm ailə olmağımıza kömək olur".
XANOĞLAN

