"Neftçi" Premyer Liqada XV turun son oyununda "Sumqayıt"la qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, "Palms Sports Arena"da baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında ilk oyuna çıxan paytaxt təmsilçisi heç-heçəyə razılaşıb - 2:2.
Qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 34-cü dəqiqədə İmad Faraj hesabı açıb,
Bassala Sambu isə 49-cu dəqiqədə "ağ-qaralar"ın üstünlüyünü iki topa çatdırıb. Bununla belə, Bakı kollektivi qələbə hesabını qoruya bilməyib.
"Gənclik şəhəri" təmsilçisinin heyətində 74-cü dəqiqədə Nsana Simon fərqi minimuma endirib. Final fitinə 9 dəqiqə qalmış isə Səbuhi Abdullazadə adını tabloya yazdırmaqla komandasını məğlubiyyətdən xilas edib.
Turnir cədvəlində "Sumqayıt" 27 xalla üçüncü, "Neftçi" isə 17 xalla səkkizincidir.
“Neftçi” – “Sumqayıt” 2:2
Qollar: İmad Faraj, 35; Bassala Sambu, 50 // Nsana Simon, 74; Səbuhi Abdullazadə, 82
“Palms Sports Arena ”, 1164 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Teymur Teymurov
Dördüncü hakim: İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Elvin Bədəlov, 28 (qeyri-idman hərəkəti); Freddi Varqas, 90 (qeyriidman hərəkəti) // Rauf Rüstəmli, 32 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 34 (qeyri-idman hərəkəti); Rayan Senhadji, 48 (qeyri-idman hərəkəti); Nikola Ninkoviç, 90 (qeyri-idman hərəkəti); Xəyal Fərzullayev, 90+5 (oyunun bərpasının ləngidilməsi)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Neftçi”
13. Kenan Piriç
8. Emin Mahmudov (k)
(14. Edvin Kuç, 82)
15. Elvin Bədəlov
24. Mustafa Sek
5. İqor Ribeyro
18. İfeanyi Metyu
9. Bassala Sambu
(45. Vensan Abubakar, 73)
27. Kristian Kostin
(77. Falaye Sako, 82)
11. İmad Faraj
(47. Murad Məmmədov, 82)
10. Freddi Varqas
23. Cordan Rezabala
(28. Alessio Kurçi, 89)
Ehtiyat oyunçular:
1. Emil Balayev
93. Rza Cəfərov
17. Murad Xaçayev
19. Ağadadaş Salyanski
22. Luis Ortis
Baş Məşqçi: Yuri Vernidub
“Sumqayıt”
22. Xəyal Fərzullayev
7. Rüstəm Əhmədzadə
8. Səbuhi Abdullazadə (k)
6. Rauf Rüstəmli
(9. Aleksandr Ramalinqom, 46)
19. Roi Kehat
(95. Nsane Simon, 46)
14. Pedro Pinto
72. Rayan Senhadji
(3. Höccət Haqverdi, 89)
23. Ronaldo Vaskez
71. Masaki Murata
(75. Nadir Orucov, 63)
80. Keffel Resende
11. Aleksa Yankoviç
(10. Nikola Ninkoviç, 63)
Ehtiyat oyunçular:
1. Mehdi Cənnətov
56. Aftandil Arixov
66. Ruslan Əliyev
37. Nihad Orucəli
Məşqçi: Şahin Abdullayev

