Vernidub “Neftçi”də bu məsələni sonraya saxladı - Tələsməyək, gözləyək…

20:00 Neftçi 720
Vernidub “Neftçi”də bu məsələni sonraya saxladı - Tələsməyək, gözləyək…

«Neftçi» qış fasiləsində icarəyə verməyi düşündüyü yerli gənclərin məsələsinə bir də baxacaq.

Bu, Yuri Vernidubun istəyidir.

Bir neçə gün öncə işə başlayan ukraynalı mütəxəssis gözləməyi məsləhət görüb.

1,5 illik müqaviləyə imza atmış çalışdırıcının məqsədi komandanın bütün üzvlərini tək-tək tanımaq, onların potensialına bələd olmaqdır.

59 yaşlı baş məşqçi hesab edir ki, bu istiqamətdə tələsmək lazım deyil, qəti vermək üçün yanvarın ikinci yarısınadək səbrli davranmaq olar.

Vernidub yeni ilin ilk həftələrini əhatə edəcək təlim-məşq toplanışından sonra bildirəcək ki, o, kimləri saxlamaq, kimləri göndərmək fikrindədir.

Burada söhbət Rza Cəfərov, Murad Məmmədov və Ağadadaş Salyanski kimi əsas heyətə düşməyən, adətən, oyuna ikinci hissədə daxil olan cavanlardan gedir.

Onların hər birinin real müştərisi var. «Qəbələ» Cəfərovu, «Şamaxı» Məmmədovu, «Araz-Naxçıvan» Salyanskini icarəyə götürmək niyyətindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti