Vernidub Qriqorçukun gətirdiyi, Abasovun kənara atdığı legioner barədə nə düşünür?

17:00 Neftçi 492
Vernidub Qriqorçukun gətirdiyi, Abasovun kənara atdığı legioner barədə nə düşünür?

Andrey Ştoqrini yenidən rəsmi oyunlarda "Neftçi" formasında görə bilərik.

Yeni baş məşqçi Yuri Vernidubun gəlişindən sonra belə bir reallıq yaranıb.

Ukraynalı mütəxəssis həmyerlisi barədə son qərarı yaxın günlərdə verəcək.

26 yaşlı yarımmüdafiəçi məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilsə, yoluna "yaşıl işıq" yandırıla bilər.

Xatırladaq ki, ukraynalı oyunçu ötən mövsümün əvvəli Roman Qriqorçuk tərəfindən transfer edilmişdi.

Amma yay fasiləsində Samir Abasov ona ehtiyac duymadığı üçün yeni mövsümün sifariş ərizəsində adı yer almayıb.

Adıçəkilən oyunçu bu səbəbdən arxada qalan 14 turda meydana ayaq basmayıb.

2027-ci ilə qədər müqaviləsi olan legionerin əsas komanda ilə davamlı olaraq məşq etdiyini də bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti