“Neftçi” ilə anlaşan yeni baş məşqçi bunu etdi

9 Dekabr 2025 09:00 Neftçi 3 439
“Neftçi” ilə anlaşan yeni baş məşqçi bunu etdi

«Neftçi» dünən Premyer Liqada növbəti oyununu keçirdi.

14-cü tur çərçivəsində «Sabah»ın qonağı olan «ağ-qaralar» qəsəbədən 0:2 hesablı məğlubiyyətlə döndü.

Masazırda təşkil olunan görüşü izləyənlər arasında Yuri Vernidub da var idi.

«Neftçi» ilə anlaşan ukraynalı mütəxəssis VİP lojada əyləşərək, oyuna tamaşa etdi, komandanı isə meydana yenə Sənan Qurbanov çıxardı.

Amma… 59 yaşlı yeni baş məşqçi seyrçi qalmaqla kifayətlənməyib.

O. oyundan öncə məşqçilərlə söhbət edərək, əsas heyət və taktiki gedişlərlə bağlı bəzi məsləhətlər verib. Vernidub yalnız əvəzetmələrə qarışmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti