“Neftçi” onunla anlaşdı, digər namizədlə danışıqları dayandırdı

01:50 Neftçi 130
“Neftçi” onunla anlaşdı, digər namizədlə danışıqları dayandırdı

“Neftçi”nin yeni baş məşqçisi artıq dəqiqləşib.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bakılılar 59 yaşlı Yuri Vernidubla müqavilənin bütün detallarını razılaşdırıb.

Bu səbəbdən Premyer Liqa təmsilçisi belaruslu çalışdırıcı Viktor Qonçarenko ilə danışıqları dayandırıb.

“Neftçi” ilə Vernidub arasında razılaşdırılmalı xırda detallar qalıb. Bu da həll olunduqdan sonra məşqçi “ağ-qaralar”la 1,5 illik müqaviləyə qol çəkəcək.

Yuri Vernidub son klubu “Krivbass”dan bu ilin yayında ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu