Bu da "Neftçi"nin yeni baş məşqçisi - FOTO FAKT

8 Dekabr 2025 20:40 Neftçi 2 250
Bu da "Neftçi"nin yeni baş məşqçisi - FOTO FAKT

Azərbaycan Premyer Liqasının 14-cü turunun maraqla gözlənilən qarşılaşmalarından biri Masazırda keçirilir.

"Sabah" "Bank Respublika Arena"da "Neftçi"ni qonaq edir.

Matçı izləyənlər arasında "ağ qaralar"ın yeni baş məşqçisi Yuri Vernidub da var.

O, klub rəsmiləri ilə birgə görüşü izləyir.

Xatırladaq ki, ukraynalı mütəxəssis iki gün öncə Bakıya gəlib.

Onunla bütün detallarda razılıq əldə olunub.

Qalır sadəcə rəsmi təqdimatı.

Təcrübəli mütəxəssisin ölkəmizdə çəkilən ilk fotosunu təqdim edirikXANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi