“Bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq”

17:40 Neftçi 84
“Bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq”

“Qış fasiləsinə qədər yuxarılardan qopmaq istəmirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Neftçi”nin müdafiəçisi Elvin Bədəlov deyib.

Paytaxt təmsilçisi hazırda uğursuz dönəmdən keçir. Kubokda mübarizəni 1/8 final mərhələsində dayandıran ”ağ-qaralar” Premyer Liqada da istədiyi nəticələri əldə edə bilmir.

Samir Abasovun istefası hələ komandanı qəflət yuxusundan oyatmayıb. Qarşıda isə bir-birindən çətin oyunlar var. Fəqət, Bədəlov bir o qədər ümidsiz deyil:

”Sənan Qurbanovla nə qədər davam edəcəyimizi bilmirəm. Amma maksimum çalışıb, çempionatda xallar toplayacağıq.

Vəziyyəti düzəltmək üçün əlimizdən gələni edəcəyik. Buna inana bilərsiz.

Üzləşdiyimiz hal hər bir oyunçumuzu narahat eləyir, başa düşürük ki, işimiz çətindir. Bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti