SON DƏQİQƏ! Az öncə “Neftçi”də böyük TRANSFER baş tutdu - Müqavilə şərtləri BURADA

17:00 Neftçi 535
SON DƏQİQƏ! Az öncə “Neftçi”də böyük TRANSFER baş tutdu - Müqavilə şərtləri BURADA

«Neftçi» rəhbərliyi ilə Yuri Vernidub arasında günlərdir davam edən danışıqlar, nəhayət ki, başa çatıb.

Srağagün Azərbaycana gəlmiş mütəxəssis az öncə son sözünü deyib.

Ukraynalı çalışdırıcı klub tərəfindən irəli sürülən bütün kontrakt şərtləri ilə razılaşıb. 59 yaşlı sükançı 6 aylıq anlaşmaya imza atıb.

«Ağ-qaralar» mövsümün qalan hissəsində yaxşı təsir bağışlayarsa, əməkdaşlığın müddəti minimum daha 1 il uzadılacaq.

Vaxtilə «Şerif»i Çempionlarn Liqasının qrup mərhələsinə çıxarmış məşqçinin buradakı aylıq qazancı da bizə məlumdur. O, Samir Abasovdan çox maaş almayacaq.

Ötən 1 ildə komandanın başında dayanmış yerli həmkarı kimi, Verniduba da 25 min dollar əməkhaqqı ödəniləcək. Başqa sözlə, «ağ-qaralar» baş məşqçi dəyişikliyinə görə artıq xərcə düşməyib.

Vernidub artıq komandayla tanış olub, futbolçular barədə geniş məlumat alıb. Təcrübəli mütəxəssis kollektiv üzvlərinin potensialını yüksək qiymətləndirib.

Mövcud heyətlə gözəl nəticələr əldə etməyin mümkün olduğunu, xeyli ümidverici fikirlər bildirib. Əminliklə qeyd edib ki, «Neftçi»nin həyatında parlaq səhifə açmaq mümkündür.

Sözügedən çalışdırıcı xüsusi icazə məktubu əsasında ölkəsini tərk edə bilib.

Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və razılıq alınıb.

Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.

Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-də tamam olacaq.

Bakıları son 1 ildə Samir Abasov çalışdırıb. O, noyabrın 24-də, Premyer Liqanın 13-cü turunda «İmişli»yə 2:3 hesablı məğlubiyyətin ertəsi gün istefaya göndərilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti