“Neftçi”də PULLANAN: “Gecə həyatı məni yoldan çıxardı, qazancımın hamısını xərclədim”

13:40 Neftçi 191
“Neftçi”də PULLANAN: “Gecə həyatı məni yoldan çıxardı, qazancımın hamısını xərclədim”

“Qazancımın hamısını xərclədim”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin sabiq legioneri Bruno Bertuççi ölkəsi Braziliya mətbuatına müsahibəsində deyib.

“Sambaçı” həmin vaxt Azərbaycanda aylıq maaşının 30 min dollar olduğunu söyləyib. 35 yaşlı keçmiş müdafiəçi pulunun qədrini bilmədiyini etiraf edib:

“Milyonçu deyildim, amma çox varlanmışdım. Sadəcə, maliyyə savadım yox idi ki, özüm üçün ehtiyat yaradam, bir iş qurum.

Karyeramdan sonranı düşünmədim. Çoxlu daşınmaz əmlaka yatırım etdim.

Təkcə Braziliyada 3-4 maşınım var idi. Ölkə xaricində yaşayırdım, amma maşınların orada boş dayanmasına görə pul ödəyirdim.

style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">

Özümə diqqət yetirmək əvəzinə enerjimi gecə həyatına sərf edirdim. Gecə həyatı məni yoldan çıxardı.

Çox yüksək maaş alırdım, bahalı maşın sürürdüm, amma özümü daha yaxşı qorumağım lazım idi. Bu, peşmanlıqlarımdan biridir”.

2012-2014-cü illərdə “Neftçi”nin formasını geyinən Bruno Bertuççi dopinqdən istifadəyə görə 2017-ci ildə – 27 yaşında iki illik diskvalifikasiya olunub və karyerasını bitirib.

Digər Xəbərlər
Xəbər Lenti