Bu gün “Neftçi”nin başında kim dayanacaq? - SON XƏBƏR

09:00 Neftçi 150
Bu gün “Neftçi”nin başında kim dayanacaq? - SON XƏBƏR

Premyer Liqada 14-cü tur davam edir. «Neftçi» bu gün «Sabah»ın qonağı olacaq.

«Ağ-qaralar»ı Masazırda keçiriləcək matça Yuri Vernidub çıxarmayacaq.

Klubdan redaksiyamıza daxil olan məlumata görə, komandanın başında Sənan Qurbanovun dayanması nəzərdə tutulub.

Son anda plan dəyişməsə, «Turan Tovuz»la çempionat, «Zirə» ilə kubok matçlarında olduğu kimi, o, texniki zonada əyləşəcək.

Ukraynalı mütəxəssisin özü də stadiona təşrif buyuracaq. Və tribunada əyləşəcək.

59 yaşlı çalışdırıcının hələlik görəvinin başına keçməməsi bəzi hüquqi prosedurlarla bağlıdır.

Vernidub bakılılarla demək olar müqavilə şərtlərində ortaq məxrəcə gəlib. Həm müddət, həm də maliyyə mövzusunda.

O, burada çalışmağa çox həvəslidir. Hər halda Vernidub üzbəüz söhbətlər zamanı kifayət qədər pozitiv danışıb, “Neftçi“ kimi tarixi klubda işləməkdən ötrü hər cür kompromisə getməyə hazır olduğunu bildirib.

Sadəcə, bəzi xırda detallar qalıb ki, onun da gün ərzində razılaşdırılması gözlənilir. Son anda möcüzə baş verməsə, tərəflər arasında 1,5 illik müqavilə imzalanacaq.

Qarşıdakı zaman kəsiyində uğur əldə etsə, müqaviləsinin müddəti azı daha bir il uzadılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!