“Neftçi”nin legioneri etiraf etdi: “Gücümüz qalmadı, ayaqlarımız bizi irəliyə aparmadı”

7 Dekabr 2025 01:20 Neftçi 806
“Neftçi”nin legioneri etiraf etdi: “Gücümüz qalmadı, ayaqlarımız bizi irəliyə aparmadı”

"Zirə” ilə matçda məğlubiyyəti haqq etmirdik, məncə, qələbəyə daha biz idik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin legioneri Sessi Dalmeyda deyib.

Beninli yarımmüdafiəçi ölkə kubokunun 1/8 final matçının “Zirə”yə qarşı keçirilmiş görüşdə 0:1 hesablı məğlubiyyəti yorğunluqla əlaqələndirib:

“Hər iki hissəni yaxşı səviyyədə keçirdik, lakin sonda məğlub olduq. Hər halda əlavə vaxtda uduzduq.

Amma mən komandamla qürur duyuram, çünki biz sona qədər mübarizə apardıq, döyüşdük. Lakin bu, mərhələ adlamağımıza bəs etmədi.

Təəssüflənirəm. Penaltiləri gözləmək olardı.

Özüm də onu hiss elədim. Əslində, biz qalib gəlmək istəyirdik.

Sadəcə, sona qədər gücümüz qalmadı. Ayaqlarımız bizi irəliyə aparmadı.

Bu da sonda məğlubiyyətə gətirib çıxardı. “Zirə” ilə matçda qalib gəlmək üçün lazımi mentalitet və güc çatmadı”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi